Putin niyə çeçenlərə etibar edir?- “Şeyx Mansur taboru”nun komandiri açıqladı

Çeçenlər Ukraynaya hücum etməyiblər, bunu başda Putin olmaqla Rusiya edib. Hətta kadırovçular özlərini çeçen deyil, Putinin piyadaları adlandırırlar. Mən onların çeçen əsilli olmaqları ilə bağlı faktl inkar edə bilmərəm, lakin başa düşmək lazımdır ki, əsl çeçen heç vaxt özünü kiminsə piyadası və ya qulu adlandırmaz.

Buta.media-nın xəbərinə görə, bu barədə Ukrayna tərəfindən döyüşən “Şeyx Mansur taboru”nun komandiri Müslim Çeberloyevski Haqqin.az saytına müsahibəsində deyib.

“Kadırovçular əsl satqındırlar. Onlar Çeçenistanı satdılar, millətimizi satdılar, tarix və dinimiz satdılar. Lakin belə satqınlar Ukraynada da doludur -  Donetsk və Luqanska baxın. Bu insanlar Ukraynanı satdılar və hazırda ukraynalılara qarşı döyüşürlər. Putin kadırovçulara təsdüfən etibar etməyib - çeçenlər özlərini iki müharibədə yaxşı tərəfdən göstəriblər. Xatırlayırsınızsa, Gürcüstanla müharibədə Rusiya ordusu Çxinvalini götürə bilmədi, Yamadayevin rəhbərliyi altında “Vostok” taboru isə bunu iki günə etdi. Lakin mən onları döyüşçü saymıram. Əsl döyüşçü heç vaxt Rusiyaya təslim olmazdı, öz xalqının azadlığı və şərəfi naminə döyüş meydanında ölərdi”, - Çeberloyevski qeyd edib.

Onun sözlərinə əsasən, kadrovçularla bağlı mif Ukraynada yaxşı hazırlıqlı ordu ilə döyüşdə dağıldı. 

Buçada törədilən vəhşiliklərdən danışan tabor komandiri bildirib ki, eyni hadisələr Çeçenistanda da baş verib.

“Həmin vaxt kadırovçular və çeçenlər öldürmürdülər. Bu vəhşilikləri ruslar törədib. Ukraynada da onlar ediblər. İnternetdə Rusiya işğalı altına düşən şəhərlərin sakinlərini izləyin - onlar çeçenlərin humanist olduqlarından danışırlar. Çeçenlər qoca, qadın və uşaqlara əl vurmurlar. Lakin bizim üçün kadırovçular və rus əsgərləri arasında fərq yoxdur - onlar hamısı düşmənlərimizdir. Hətta ruslarla müqayisədə, kadırovçular bizimlə daha qəddar döyüşürlər”, - deyə Çeberloyevski vurğulayıb.

O həmçinin əlavə edib ki, “Şeyx Mansur taboru” kadırovçularla birbaşa döyüşə girməyib. 

Ukraynada müharibədə ölən kadırovçuların sayının yüzlərlə olduğunu bildirən Çeberloyevski onların cəsədlərinin Belarusda saxlanıldığını qeyd edib.

“Kadırovçuların cəsədlərini Qroznıya az sayda göndərirlər ki, əhalini qəzəbləndirməsinlər. “Şeyx Mansur taboru”nun döyüşçüləri arasında itki yoxdur, yaralılar var”, -deyə o yekunlaşdırıb.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ