Bakıda keçmiş polis “lapatka”yla döyüldü

Gecə paytaxtın Sabunçu rayonu, Xurşudbanu Natəvan küçəsi 35-də yaşayan qonşular arasında yaranan mübahisə qanla bitib.
 
Buta.media xəbər verir ki, Oxu.Az-ın məlumatına görə, 1969-cu il təvəllüdlü Məmmədov Hafis Kərim oğlu qonşusu ilə avtomobil park etmək üstündə mübahisə yaşayıb.
 
Razılığa gəlməyən tərəflər arasında sözlər tükənib, əvəzində yumruqlar, küt alət işə düşüb. Belə ki, şəxsiyyəti hələlik məlum olmayan şəxs, qonşusu H. Məmmədovun baş nahiyəsinə “lapatka”yla zərbələr endirib. Nəticədə, H. Məmmədov xəstəxanaya yerləşdirilib.
 
O, Sabunçu rayon 3 saylı Şəhər Klinik Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib. H. Məmmədova kəllə-beyin travması, başın əzilmiş yarası diaqnozu qoyulub. Hazırda vəziyyəti orta ağırdır.
 
Qeyd edək ki, döyülən Məmmədov Hafis təqaüddə olan polisdir.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ