“Lukoyl” şirkətinin prezidenti Vahid Ələkbərovun istefa verməsinə səbəb Böyük Britaniya və Avstraliyanın tərəfindən ona qarşı şəxsi sanksiyaların tətbiq edilməsi olub.
Buta.media-nın xəbərinə görə, o, bu barədə “Rossiya-24” telekanalına müsahibəsində deyib.
“Hamı bilir ki, mənə qarşı İngiltərə və Avstraliya tərəfindən şəxsi sanksiyalar tətbiq olunub. Bu şirkətin inkişafına əngəl yaradır. Sanksiyaların “Lukoyl” şirkətinə aidiyyatı yoxdur, onlar yalnız mənə qarşıdır. Bu səbəbdən qərara aldım ki, şirkətdəki işimdən ayrılım. Bu gün mən nə idarə heyətinin üzvü, nə də şirkətin prezidenti deyiləm. Şirkətin bu gün mənimlə heç bir əlaqəsi yoxdur”, - Vahid Ələkbəraov vurğulayıb.
O əlavə edib ki, şirkəti tərk etdikdən sonra Rusiyadan getmək fikri yoxdur və sosial və xeyriyyə layihələri ilə məşğul olacaq.
“Mən rusiyalıyam, öz ölkəmin patriotuyam, ölkədən getmək niyyətim yoxdur, xeyli planlarım var - bu sosial layihələrin inkişafı ilə bağlıdır. Bizim şimal şəhərlərini sevirəm, Koqalım və digər şimal şəhərlərini inkişaf etdirməyə davam edəcəyəm”, - Vahid Ələkbərov deyib.