Kadırov Putinə Zelenskini məhv edəcəyinə söz verib - Danilov

Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Aleksey Danilov bəyan edib ki, Çeçenistan rəhbəri Ramzan Kadırov Ukrayna prezidenti Volodimir Zelenskiyə sui-qəsd hazırlayıb.

Buta.media-nın xəbərinə görə, o bu barədə “Radio NV”yə müsahibəsində deyib.

Danilovun sözlərinə əsasən, Kadırov tapşırığı fevralın 3-də Putinlə görüşdə alıb.

“Bu görüşdə bizim prezidentin öldürülməsi ilə bağlı plan təsdiqlənib və Kadırov bu məsuliyyəti öz üzərinə götürüb”, - şuranın katibi deyib və əlavə edib ki, bu barədə məlumatı Ukrayna kəşfiyyatı Zelenskiyə sui-qəsd hazırlayan qurpları izləyərkən əldə edib.

Danilov həmçinin bildirib ki, Zelenskini öldürmək üçün üç qrup yaradılıb:

“Bu qruplar fevralın 26-da Ukrayna ərazisinə keçiblər. Biz onların hamısın izləyirdik. Qruplardan biri məhv edilib, digər ikisi isə Donbas və Mariupoldadır”, - deyə o yekunlaşdırıb. 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ