Rusiya Ukraynanın Mariupol şəhərinə nəzarəti ələ keçirib

Rusiya Ukraynanın Mariupol şəhərinə nəzarəti tam ələ keçirib.

Məlumata görə, bu barədə Rusiyanın müdafiə naziri Sergey Şoyqu məruzə edib.

Belə ki, aprelin 21-də Rusiya Prezidenti Vladimir Putin Kremldə müdafiə naziri Sergey Şoyqunu qəbul edib. Nazir Prezidentə məruzə edərək bildirib ki, mühasirə zamanı Mariupolda Ukrayna Silahlı Qüvvvələrinin 8 100-ə yaxın hərbçisi olub:

“2 mindən çox hərbçi isə “Azovstal” zavodunun ərazisində yerləşib”.

Şoyqu yaxın 3-4 günə “Azovstal”da əməliyyatı başa çatdıracaqlarını qeyd edib.

Rusiya Prezidenti Vladimir Putin “Azovstal”a hücumu məqsədəuyğun saymadığını bildirib. O, bu sənaye zonasını mühasirə saxlamaq tapşırığını verib:

“Elə edin ki, ora milçək belə uça bilməsin”.

Qeyd edək ki, Ukraynalı hərbçilər zavodun ərazisində mühasirədədir.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ