İlon Mask Marsda yaşayacaq insanların həyatlarını təsvir etdi

“SpaceX” şirkətinin təsisçisi İlon Mask bəyan edib ki, Marsda məskunlaşan insanların rahat həyat şəraiti olmayacaq.

Buta.media-nın xəbərinə görə, o bu barədə TED-ə müsahibəsində deyib. 

TED konferensiyasının daimi kuratoru Kris Andersenlə söhbət zamanı İlon Mask bildirib ki, Marsa insanların köçürülməsi bəşəriyyatın ciddi sınağı olacaq.

“Marsda həyatın, əsasən ilk dövrlərdə, rahat olmayacağını vurğulamaq vacibdir”, - milyarder qeyd edib. Mask gələcəkdə Marsa gedəcək insanların təcrübəsini “təhlükəli və ağır” adlandırıb.

Başqa planetə köçməyə qərar verən insanların həyatını təsvir edən sahibkar, onları XX əsrin əvvələrində Antarktidanı fəth etmək istəyənlərlə müqayisə edib.

“Bu çox təhlükəli və ağırdır. Siz qayıtmaya bilərsiniz”, - İlon Mask deyib.

Bundan əlavə biznesmen Andersenə bəyan edib ki, bəşəriyyat Yer kürəsində iqlimin kəskin dəyişməsinə, supervulkanın püskürməsinə və ya nəhəng meteoritlə toqquşmasına görə məhv ola bilər.

“Bu səbəbdən uçuşa qərar verən entuziastlar bəşəriyyatın və ya şüurun ömrünün uzadılmasına böyük təkan verəcəklər”.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ