2017-ci ilin mayında Tərtər hadisələri zamanı işgəncə nəticəsində ölən Elçin Quliyev barəsində bəraət hökmü çıxarılıb.
Buta.media xəbər verir ki, dövlətə xəyanət ittihamı ilə onun barəsində başlanmış cinayət işinə öldüyünə görə 2017-ci ilin dekabrında bəraətverici əsaslar olmadan xitam verilmişdi. Həmin qərarı o zaman hərbi prokurorun müavini Şəfahət İmranov çıxarmışdı.
2021-ci ilin dekabrında “Tərtər işi” üzrə istintaq yenilənəndən sonra Baş prokuror Kamran Əliyev Elçin Quliyev haqqındakı qərarı ləğv edib.
Bu gün isə mərhum Elçin Quliyev barəsində bəraət hökmü çıxarılıb.