Kadırov: Biz bu gün “Azovstal”ı tam götürəcəyik

Çeçenistan rəhbəri Ramzan Kadırov bəyan edib ki, Rusiya hərbçiləri aprelin 19-da Mariupolda “Azovstal” zavodunu tam nəzarətə götürəcəklər.

Buta.media-nın xəbərinə görə, o bu barədə öz Telegram səhifəsində yazıb.

“Ukraynada sülh və stabillik gözləyən insanları sevindirmək istəyirəm. Biz bu gün Allahın köməyi ilə Mariupolda nasistləri bitirəcəyik və “Azovstal”ı tam götürəcəyik”, - Kadırov bəyan edib.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ