Lukaşenkonu müayinə edən həkim həbs edildi

Belarusda prezident Aleksandr Lukaşenkonu müayinə edən həkim rüşvət ittihamı ilə saxlanılıb.

Buta.media-nın xəbərinə görə, bu barədə Lukaşenko özü ölkənin səhiyyə naziri, baş prokuroru və Dövlət Təhlükəsizlik Komitəsinin rəisi ilə görüş zamanı bəyan edib.

Görüşdə rüşvət alan ortopedlərdən söhbət açılıb. Lukaşenko bildirib ki, bu əməliyyatın gedişatına şəxsən özü nəzarət edib. 

“Bu günə 35 nəfər tutulub. Və əminəm ki, bu son deyil, həbsxanada oturmalı olanların sayı daha çoxdur”, - prezident deyib.

Onun sözlərinə görə, iş üzrə təqsirli bilinənlər əməliyyat masasında pasiyentlərə hansı xarici şirkətlərin implantlarını qoymağı məsləhət görürdülər və bunun əvəzində həmin şirkətlərdən rüşvət alırdılar. 

Dövlət başçısı iddia edib ki, onların bəzilərinin evində 650 min avro pul tapılıb.

“Təəssüf ki, həmin siyahıya məni müayinə edən həkim də düşb. Bu fakt məni kədərləndirir, lakin qanun qanundur, və hamı üçün eynidir”, - Lukaşenko əlavə edib.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ