Kim Çen Inın yanında naməlum qadın kimdir? - FOTO

Son ayda bir neçə tərbirdə Şimali Koreya lideri Kim Çen Inın yanında görüntülənən naməlum qadın qərb KİV-lərinin marağına səbəb olub.

Buta.media xəbəri verir ki, qadına ilk olaraq NK News nəşri diqqət yetirib.

Nəşr qeyd edir ki, qadının son həftələrdə KXDR-in rəsmi mətbuatının yayımladığı foto və videolarda görmək olar. Ehtimal edilir ki, o, təkcə bu ayda Kim Çen Inı dörd tərbirdə müşayiət edib. Qadın həmçinin Şimali Koreya prezidentinin hərəkət etdiyi limuzinin yanında kadra düşüb.

NK News yazır ki, qadın publikada böyük qara çanta ilə görüntülənir - çox güman ki, o, KXDR liderinə lazım olan əşyaları, misal üçün, dərman və ya əlaqə vasitələrini daşıyır. Bundan əlavə, partiya iclaslarının birində naməlum qadın çıxışından əvvəl Kİm Çen Ina şəxsən sənədləri təqdim edib.

Nəşrin mənbəsinin məlumatına görə, qadın Şimali Koreya prezidentinin yeni köməkçisidir. Onun şəxsiyyətini hələlik dəqiq müəyyənləşdirmək mümkün deyil, ehtimal olunur ki, o, KXDR liderinin ögey bacısı - Kim Sol Sondur.

Kim Çen Inın ögey bacısı barədə demək olar ki, heç nə məlum deyil. Şimali Koreyadan qaçan bir neçə məmurun sözlərinə görə, qadının 48 və ya 49 yaşı var. O, kim Çen İrin ikinci həyat yoldaşından olan uşağıdır və partiyada mühüm vəzifələr tutub. NK News ehtimal edir ki, Kim Sol Son hazırda Şimali Koreya liderinin tərdbirlərinin planlaşdırılması və təşkili şöbəsində işləyir.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ