“Biz Ukrayna Milli Qvardiyasının itkiləri ilə bağlı həqiqi Ukrayna sənədlərindən əldə edilmiş ayrı-ayrı məlumatları dərc edirik”, - deyə nazirliyin teleqram kanalında bildirilib.
Bu məlumatlara “Martın 29-na olan məlumata görə, [Mariupoldakı] 3057 saylı hərbi hissənin hərbi qulluqçuları və onun tərkibinə daxil olan “Azov” xüsusi təyinatlı dəstəsinin cəzalandırıcıları arasında əhəmiyyətli itkilər barədə məlumatlar”. Bu məlumatın həqiqiliyi hələ ki, təsdiqini tapmayıb.
Müdafiə Nazirliyi çoxlu sayda fərari, yaralı və itkin düşmüş ukraynalı əsgərlər barədə məlumatların olduğunu iddia edir.
Ukrayna ordusunun itkiləri siyahısında 386 nəfərin adı var: 124 ölü, 262 yaralı.
İki gün əvvəl Rusiya Müdafiə Nazirliyi Ukrayna tərəfində keçirilən “xüsusi əməliyyat” zamanı 23 367 nəfərin öldüyünü açıqlamışdı.