Hüseynlə görüşdə fanatları qayışla vuran şəxs həbs edildi - VİDEO

Daxili İşlər Nazirliyi (DİN) Bakıda bloger Hüseyn Həsənovla görüş zamanı pandemiya qaydalarının pozulması ilə bağlı açıqlama verib

DİN-in Mətbuat Xidmətindən daxil olan açıqlamada deyilir:

Pandemiya ilə əlaqədar tətbiq olunmuş qaydaların pozulması ilə müşaiyət olunan tədbir zamanı qeydə alınan videogörüntülərdə bir nəfərin  kəmər ilə səhnəyə vurması da əks olunur. Həmin şəxs müəyyən edilərək saxlanılıb. Bakı şəhər sakini olan Arif İbrahimov izahatında bildirib ki, o, kəməri insanlara deyil yalnız səhnəyə vurub.

Buna baxmayaraq A.İbrahimov inzibati qaydada 15 sutka həbs olunub. Hazırda hadisənin baş verdiyi obyektin məsul şəxsləri barədə araşdırmalar aparılır və nəticəsindən asılı olaraq müvafiq tədbirlər görüləcəkdir.

10:13

Rusiyada yaşayan azərbaycanlı videobloqer Hüseyn Həsənov, Bakıda fanatları ilə görüşdə səhnədə yer alan şəxsin insanları qayışla vurması barədə yayılan videoya münasibət bildirib.

O, bu barədə özünün İnstaqram hesabında paylaşım edib.

Həmin şəxslə görüşdüyünü bildirən bloqer, deyib: 

“O insanlara yox, divara vururdu. Divara vururdu ki, insanlar əlin çəksin. Çünki orada bir qız huşunu itirmişdi, onu çıxarmağa çalışırdı. Videoda insanları vurduğu görünə bilər. Amma bu, onun nəyinə lazımdır?”.

Bloqer storisində həmin şəxsin fotosunu da paylaşıb.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ