Azərbaycan ukraynalılara növbəti dəfə humanitar yardım ayırıb.
Buta.media “Qafqazinfo”ya istinadla xəbər verir ki, humanitar yardım qida məhsulları, tibbi ləvazimatlar və dərmanlardan ibarətdir.
Hazırda humanitar yardım Ukraynadakı böhran nəticəsində Moldova ərazisinə keçmiş ukraynalı qaçqınlara göndərilir.
Qeyd edək ki, bu, Azərbaycandan müharibədən əziyyət çəkən ölkəyə göndərilən sayca 3-cü humanitar yardımdır.
Foto: Qafqazinfo / Pərvin Zeynal