Çərşənbədə Azərbaycanın bu rayonunda kişilər qadın paltarı geyinir

Bu gün ölkədə xalq arasında "İlaxır çərşənbə", "Yer çərşənbəsi" və ya "Torpaq çərşənbəsi" adlanan sonuncu çərşənbə bayramı qeyd edilir.

 
Buta.media Axar.az-a istinadla məlumat verir ki, bu bayramın özəlliyi həm də rəngarəgliyindədir.
 
Baharın gəlişinin müjdəçisi olan və torpağın oyandığı günün simvolu hesab edilən İlaxır çərşənbə ilə bağlı ənənələrin bir qismini təqdim edir:
 
Lənkəranda İlaxır çərşənbənin səhəri gənclər, nişanlılar Lənkərançaya gedirlər, bardaqlara su doldururr, arzu tuturlar. Bu mərasim zamanı gənc oğlanlar özlərinə qız bəyənir, çoxu isə bəxtinin açılması üçün dualar edir.
 
Şərur rayonunda İlaxır çərşənbənin gəlməsinə ən azı bir ay qalmış hazırlıq işləri başlayır. Evlər, həyət-baca təmizlənir, paltar-palaz yuyulur. Hamı bayrama təzə paltar geyinməyə cəhd edir.
 
Qazax və Ağstafada İlaxır çərşənbədə kişilər qadın paltarı geyinərək küçələrdə gəzir və camaatı güldürürlər. Qadın paltarı geyinən kişilər başlarına parik taxaraq musiqi sədaları altında, çox vaxt isə özləri də mahnı oxuyaraq küçələri gəzirlər.
 
Qəbələdə İlaxır çərşənbədə axar su üzərindən tullanmaq adətdir. Xüsusilə subay qızlar axar suyun üzərindən tullanır.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ