ABŞ Ukraynaya helikopter yollayacaq

ABŞ Ukraynanı helikopter və artilleriya ilə təchiz edəcək.

Bu barədə Ağ Evin yaydığı press-relizdə deyilir.

Belə ki, ABŞ və Ukrayna prezidentləri Cozef Baydenlə Volodimir Zelenski arasında telefon danışığı zamanı Amerika lideri bu ölkəyə zirehli personal, artilleriya sistemləri və helikopterlər də daxil olmaqla əlavə hərbi yardım üçün 800 milyon dollar ayıracağını bildirib.

“Bu yeni yardım paketinə çox effektiv silah sistemləri, eləcə də Rusiyanın Ukraynanın şərqində başlayacağını gözlədiyimiz daha geniş hücuma uyğunlaşdırılmış yeni hərbi texnika daxil olacaq", - məlumatda qeyd edilir.

Bayden əlavə helikopterlərin təhvil verilməsini də təsdiqləyib.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ