WhatsApp-da yeni funksiya işə salınır

WhatsApp messencerində yeni funksiya olacaq, onun köməyi ilə biznes-akkauntların sahibləri digər istifadəçilərlə öz profillərini rahat şəkildə paylaşa biləcəklər.

Buta.media-nın xəbərinə görə, messencerdə “Profili paylaşmaq”  (Share Profile) bölməsində dəyişiklik ediləcək. 

Bölmədə xüsusi qısa linki digər istifadəçilərə göndərmək imkanı yaradılacaq, bununla da onlar biznes-profillə dərhal çata qoşulacaqlar.

Mütəxəssislər xəbərdarlıq edirlər ki, linki qəbul edən akkauntlar profilin sahibinin nömrəsini də görəcəklər.

Qeyd edilir ki, qısa linkləri yalnız biznes-akkauntlar öz müştəriləri  ilə paylaşa biləcəklər. 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ