Meyitlər küçələri xalça kimi örtür - Mariupolda 10 min dinc sakin öldürülüb

Ukraynanın Mariupol şəhərinin meri Vadim Boyçenko “Associated Press” nəşrinə bəyan edib ki, Rusiya ordusunun şəhəri mühasirəyə almasından sonra 10 min dinc sakin həlak olub. Merin sözlərinə görə, ölənlərin sayı 20 mini keçə bilər, belə ki Mariupol sakinlərinin “cəsədləri küçələri xalça kimi örtüb”.

Boyçenko iddia edir ki, Rusiya nümayəndələri ölənlərin meyitlərini yığaraq soyuducuda saxlayırlar. Bundan əvvəl Mariupol Şəhər Şurası bəyan edib ki, Rusiya mobil krematoriyaları burada fəaliyyətə başlayıb.

Mer qeyd edib ki, hazırda Mariupolda 120 min sakin qalıb. Şəhərdən yalnız Rusiya ordusunun nəzarətində olan düşərgələrdən keçən vətəndaşlar buraxılır. Bundan sonra həmin insanları Rusiya regionlarına göndərirlər.

Boyçenkonun sözlərinə görə, Rusiyaya artıq 33 min insan köçürülüb.

Qeyd edək ki, Mariupol mart ayından Rusiya ordusu tərəfindən mühasirədə saxlanılır.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ