Pakistanda ara qarışdı, xalq küçələrə çıxdı - VİDEO

Pakistan sakinləri ölkənin baş naziri İmran Xanın istefaya göndəriliməsi ilə bağlı şəhərlərdə kütləvi etiraz aksiyaları keçiriblər.

Buta.media xəbər verir ki, etirazlar İslamabad da daxil olmaqla, bütün iri şəhərlərdə təşkil olunub.

İmran Xan xalqa müraciət edərək, onlara göstərdikləri etimada görə təşəkkürünü bildirib. 

“Tariximizdə heç vaxt bu qədər öz-özünə və bu qədər çox sayda saxtakarlar tərəfindən idarə edilən idxal hökuməti rədd edən izdiham olmamışdı”, - o paylaşdığı videonu şərh edib.

Qeyd edək ki, siyasətçi istefaya göndərilməsi ilə bağlı qərarla razı deyil. 2018-ci ildən ölkəyə rəhbərlik edən İmran Xan Pakistan Milli Məclisinin (parlamentin aşağı palatası) etimadsızlıq votumunun qəbul etməsindən sonra istefaya göndərilib.

İmran Xana etimadsızlığın leyhinə 342 deputatdan 174-ü səs verib ki, bu da onu vəzifədən kənarlaşdırmağa kifayət edib. Baş nazir öz növbəsində, rəqbilərini ABŞ-la sövdələşdiyini bəyan edib.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ