Rusiya və Türkiyə arasında münaqişə - “Bayraktara” görə

Amerikanın Reuters nəşri öz mənbələrinə istinadən iddia edir ki, Rusiya və Türkiyə arasında lokal münaqişə baş verib.

Münaqişə zəminində rusiyalı məmurlar türkiyəli həmkarlarına “Bayraktar” PUA-ları ilə bağlı öz narazıqlarını bildiriblər.

“Rusiyalılar vaxtaşırı dornların satışı ilə bağlı narazılıqlarını çatdırırlar. Əvvəllər şikayət edirdilər, indi də şikayət edirdilər”, - yüksək vəzifəli türkiyəli məmur agentliyə açıqlamasında deyib.

Onun sözlərinə görə, Ankara artıq Moskvanın iddialarına cavab verib. Belə ki, dronların satışını özəl şirkətlər müharibədən əvvəl həyata keçiriblər.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ