Aprelin 7-də Rusiya hərbi qüvvələri, Ukrayna hakimiyyətinin məlumatına görə, Kiyev, Çerniqov və Sumı vilayətlərini tərk edib.
Dünya Rusiya ordusu tərəfindən dinc əhalinin öldürülməsi ilə bağlı xəbərlər almağa davam edir.
BMT Baş Assambleyası Rusiyanın İnsan Hüquqları Şurasında iştirakını dayandırdı, Rusiya buna cavab olaraq Şuradan vaxtından əvvəl çıxıb. Rusiya Federasiyası Prezidentinin mətbuat katibi Dmitri Peskov Ukraynadakı “xüsusi əməliyyat” zamanı Rusiya ordusunun “əhəmiyyətli itkilər” verdiyini etiraf edib.
Ukraynaya hərbi müdaxilənin 43-cü gününün əsas fotolarını topladıq.