Flaminqolar Azərbaycana qayıdıb - FOTO

Təbiətin nadir incisi olan flaminqolar Azərbaycana qışlamağa gəlib.

 
Buta.media-nın məlumatına görə, hazırda Qızılğac Milli Parkında 3000-4000 flaminqo qışlayır.
 
Azərbaycanda  Lənkəran, Kür-Araz, Samur-Dəvəçi ovalıqlarının su hövzələrində, Böyük Qızılağac körfəzində, Xəzərin sahil sularında, Naxçıvanda isə Araz çayı sahillərində yayılıb.
 
Flaminqo koloniya halında yaşayır və yuvasını bitki, heyvan qalıqlarından, yaş  torpaqdan qurur.
 
Qeyd edək ki, flaminqo Azərbaycanda nadir hallarda yuvalayır. 1955-ci ildə Salyan rayonunda  Ağ-çala gölündə, 1982-ci ildə isə Qızılağac körfəzində kütləvi yuvalaması müşahidə edilib.
 
Hər il Azərbaycana qışlamaq üçün orta hesabla 16000-18000-ə yaxın flaminqo gəlir. Flaminqo növünün qorunub saxlanması məqsədilə Qızılağac, Şirvan, Abşeron və Ağgöl Milli Parkları və su-bataqlıq ərazilərində yasaqlıqlar təşkil edilib. Flaminqo Azərbaycanın “Qırmızı Kitabı”na daxil edilib və ovlanması qadağandır.
 
Bildiririk ki, Qızılağac Milli Parkı Xəzər dənizinin cənub-qərb sahilində Bakı şəhərindən 180 km məsafədə, Lənkəran şəhər, Masallı və Neftçala rayonlarının inzibati ərazisində yerləşir.

 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ