Rusiyaya xidmət edirəm: Kadırova general-leytenant rütbəsi təqdim edildi - VİDEO

Çeçenistan rəhbəri Ramzan Kadırova general-leytenant rütbəsi təqdim olunub.

Buta.media xəbər verir ki, Qroznıda keçirilən mərasimdən görüntüləri RİA Novosti yayıb.

Yeni rütbəni Kadırova Rusiya Milli Qvardiyasının Şimali Qafqaz dairəsinin komandiri general-leytenant Sergey Zaxarov təqdim edib.

“İstənilən mükafatı, istənilən ad və rütbəni almaq böyük məsuliyyətdir. Sən bu ada və mükafata layiq olmalısan”, - Çeçenistan rəhbəri deyib.

Qeyd edək ki, 45 yaşlı Kadırov həmçinin Rusiya Federasiyasının Qəhrəmanıdır, bundan əlavə “Vətənə xidmətə görə” III dərəcəli orden, həmçinin “Şücaət” və “Şərəf” ordenləri ilə təltif olunub.

 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ