Rumıniyada avtomobil Rusiya səfirliyinin hasarına çırpıldı - VİDEO

Rumıniyanın paytaxtı Buxarest şəhərində minik avtomobili Rusiya səfirliyinin hasarına çırpılıb.

Bu barədə məlumatı “Radio Romania” yayıb.

Məlumata görə, insidentə səbəb sürücünun idarəetməni itirməsi olub. İnsident Bakı vaxtı ilə təqribən 07:30-da baş verib.

Maşın hasara çırpıldıqdan sonra yanmağa başlayıb. Polisin məlumatına görə, sürücü həlak olub.

Hazırda hadisə yerində hərəkət məhdudlaşdırılıb və hadisənin səbəbləri araşdırılır.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ