Avropadan onlarla rusiyalı diplomat çıxarıldı

Son həftələr ərzində bir sıra Avropa ölkələri onlarla rusiyalı diplomatı ölkələrindən çıxarıb. Onlardan bəziləri casusluqda ittiham edilərək persona non grata elan olunublar.

Buta.media Reuters-ə istiandən xəbər verir ki, aprelin 5-də İspaniya, İtaliya və İsveç rusiyalı diplomatların ölkədən çıxarlması barədə məlumat veriblər.

İspaniya 25, İsveç üç, İtaliya isə 30 diplomatı ölkədən çıxarır. İtaliya XİN rəhbəri Luici di Mayo bəyan edib ki, bu qərar "milli təhlükəsizlik məsələləri" ilə əlaqədardır.

Daha əvvəl isə Almaniya və Fransa da Rusiyaya qarşı eyni addımı atıblar. 

Bundan əlavə Fransa XİN ölkədəki Rusiya səfiri Aleksey Meşkova persona non grata elan edilən diplomatların siyahısını verib. Rusiyalı səfir buna etiraz edib və bildirib ki, qərar Rusiya-Fransa münasibətlərinə ciddi zərbə vurur.

Paris öz qərarını "ölkədən çıxarılan diplomatların Fransa təhlükəsizliyinə qarşı fəaliyyətlə məşğul olduqları" ilə əsaslanıdırıb.

Almaniya Rusiya səfirliyinin və konsulluğunun 40 əməkdaşını persona non grata elan edib və ölkədən çıxarıb. 

Rusiyalı səfir Sergey Neçayev Almaniya XİN-ə çağırılıb və ona Buçadakı hadisələrlə bağlı Almaniyanın mövqeyi bildirilib.

"Berlin hərbi cinayətə görə məsuliyyəti birbaşa rusiyalı hərbçilərdə görür", - Almaniya XİN-nin bəyanatında qeyd olunur. 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ