Bakıda gecə klubunda partlayış: Ölən və yaralanan var - FOTO + VİDEO

3 aprel 2022-ci il tarixdə saat 03:00 radələrində Bakı şəhəri, Səbail rayonu, Tərlan Əliyarbəyov küçəsində yerləşən gecə klubunda yanğınla nəticələnən partlayış baş verib. İlkin məlumata əsasən, hadisə nəticəsində 1 nəfər ölüb, 31 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Trend xəbər verir ki, bu barədə Baş prokurorluğun yaydığı məlumatda bildirilir.

"Hazırda prokurorluq, Daxili İşlər, Fövqəladə Hallar Nazirliyi və digər aidiyyəti orqanların nümayəndələri hadisə yerindədilər. Prokurorluğun müstəntiqləri və kriminalistləri tərəfindən zəruri istintaq hərəkətləri həyata keçirilir.

İlkin məlumata əsasən, hadisə nəticəsində 1 nəfər ölmüş, 31 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri almışdır.

İctimaiyyətə əlavə məlumat veriləcəkdir", - məlumatda qeyd olunur.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ