Qondarma Cənubi Osetiya Rusiyanın tərkibinə daxil olmaq istəyir - Tbilisidən reaksiya

Gürcüstan hökuməti əmindir ki, dünya birliyi qondarma Cənubi Osetiyanın Rusiyanın tərkibinə daxil olması bağlı referendumu tanımayacaq.

Buta.media-nın xəbərinə görə, bu sözləri Gürcüstan XİN rəhbəri David Zalkaliani deyib.

“Bu vəziyyətdə heç bir referendumun legitimliyi və beynəlxalq birlik tərəfindən tanınması olmayacaq. Bütün bunların tək siyasi deyil, hüquqi tərəfi də var. Mən Strasburq məhkəməsinin qərarını nəzərdə tuturam”, - nazir xatırladıb.

Zalkaliani əmin edib ki, Gürcüstanın tərəfdaşları Cənubi Osetiyada referendumun keçirilməsi planlarından xəbərdardırlar. Nazir beynəlxalq ictimaiyyət tərəfindən sərt tədbirlərin görüləcəyinə ümid edir.

“Bu məsələ barədə ilk qiymətlər ABŞ Dövlət Departamenti tərəfindən verilib, və yaxın gələcəkdə belə qiymətləndirmə daha çox olacaq”, - Gürcüstan XİN başçısı bəyan edib.

Qeyd edək ki, martın 30-da qondarma Cənubi Osetiyanın prezidenti Anatoli Bibilov “respublika”nın Rusiyanın tərkibinə daxil olması barədə planları açıqlayıb.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ