DÇ-2022-nin final mərhələsinin püşkü atılıb

Futbol üzrə 2022-ci il dünya çempionatının final mərhələsinin püşkü atılıb.

Buta.media-nın məlumatına görə, Qətərin paytaxtı Dohadakı mərasimdə qrupların tərkibi müəyyənləşib.

Mərasimdə püşkü dünya futbolunun tanınmış simalarının da yer aldığı 8 veteran oyunçu çəkib. Onların arasında İran millisinin Azərbaycan əsilli sabiq hücumçusu Əli Daei də olub.

Mundialın açılış oyunu Qətər və Ekvador yığmaları arasında baş tutacaq.

A qrupu: Qətər, Ekvador, Seneqal, Niderland

B qrupu: İngiltərə, İran, ABŞ, Şotlandiya / Ukrayna - Uels cütünün qalibi

C qrupu: Argentina, Səudiyyə Ərəbistanı, Meksika, Polşa

D qrupu: Fransa, Birləşmiş Ərəb Əmirlikləri / Avstraliya - Peru cütünün qalibi, Danimarka, Tunis

E qrupu: İspaniya, Kosta-Rika - Yeni Zelandiya cütünün qalibi, Almaniya, Yaponiya

F qrupu: Belçika, Kanada, Mərakeş, Xorvatiya

G qrupu: Braziliya, Serbiya, İsveçrə, Kamerun

H qrupu: Portuqaliya, Qana, Uruqvay, Cənubi Koreya

Qeyd edək ki, DÇ-2022 noyabrın 21-dən dekabrın 18-dək təşkil olunacaq.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ