Kartof və soğanın qiyməti bahalaşıb.
Bu barədə ATV süjet hazırlayıb.
Paytaxt bazarlarındakı alıcılardan biri bildirib ki, daha əvvəl 1 manat 20 qəpiyə aldığı kartofun qiyməti bahalaşaraq, 1 manat 70 qəpik təşkil edib.
Ümumilikdə isə kartofun qiyməti 3 manata qədər, soğanın qiyməti isə 1-1,5 manat arasında dəyişir.
Satıcılar qeyd ediblər ki, qiymətlərdəki artım məhsulun qıtlığı ilə əlaqədardır.