Putin xərçəng xəstəsidir? – Peskov məsələyə aydınlıq gətirdi

Rusiya prezidenti Vladimir Putinin qalxanabənzər vəzi xərçəngindən əziyyət çəkməsi və onkoliji xəstəliklə bağlı bir neçə dəfə əməliyyat olunması barədə məlumatlar həqiqəti əks etdirmir.

Buta.media-nın xəbərinə görə, bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov məlumat verib.

Peskov KİV-də yayılan bu cür məlumatları “uydurma və yalan” adlandırıb.

Qeyd edək ki, mart ayında Belarus prezidenti Aleksandr Lukaşenko Putinin xəstəlikləri barədə məlumatları Qərb tərəfindən Rusiya liderinin nüfuzunun aşağı salınması məqsədi ilə yayıldığını bildirib.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ