Ukrayna prezidenti Volodimir Zelenski ölkənin təhlükəsizlik xidmətinin iki generalını satqın adlandıraraq rütbələrindən məhrum edib.
Buta.media-nın xəbərinə görə, bu barədə Ukrayna liderinin Telegram kanalında məlumat verilir.
Məlumdur ki, rütəblərindən Ukrayna Təhlükəsizlik Xidmətinin (UTX) Daxili Təhlükəsizlik üzrə Baş İdarəsinin keçmiş rəisi Andrey Naumov və UTX-nın Xerson vilayəti üzrə idarəsinin sabiq rəisi Sergey Krivoruçko məhrum olunublar.
“İki antiqəhrəmanla bağlı qərar qəbul olunub. Mənim hazırda bütün satqınlarla məşğul olmağa vaxtım yoxdur, lakin onların hamısının cəzalandırılacaqlarını deyə bilərəm”, - Zelenski bəyan edib.