Rusiyanın Belqorod şəhərində Ukrayna helikopterlərinin aviazərbələri nəticəsində neft anbarında yanğın başlayıb.
Buta.media xəbər verir ki, bu barədə regionun qubernatoru Vyaçeslav Qladkov öz Telegram kanalında məlumat verib.
Qeyd edilir ki, hərbi helikopterlər Rusiya ərazisinə aşağı yüksəklikdə daxil olublar.
Qubernator bildirib ki, əhaliyə heç bir təhlükə yoxdur. Yanğının söndürülməsi üçün hadisə yerinə FHN qüvvələri cəlb olunub.