Azərbaycanda şəkər tozu bahalaşdı - RƏSMİ CAVAB

Azərbaycanda marketlərdə şəkər tozu qıtlığı yaranıb.

Həmçinin şəkər tozunun qiyməti də qalxıb.

Belə ki, marketlərdə şəkər tozunun 1 kiloqramı 1 manat 40 qəpiyə satılır.

Qeyd edək ki, şəkər tozunun əvvəlki qiyməti 1,1-1,3 manat təşkil edib.

“Azərsun Holdinq” şəkər tozu qıtlığının yaranması barədə məlumatlara cavab verib.

Şirkətin yaydığı məlumatda deyilir:

“Bildirmək istəyirik ki, regionun ən böyük şəkər istehsal müəssisəsi olan İmişli Şəkər Zavodu tam gücü ilə fəaliyyətini davam etdirir. Kifayət qədər xammal ehtiyatı mövcuddur və istehsal prosesi plan üzrə davam edir. 

Müvafiq olaraq satış nöqtələri də tələbata uyğun olaraq şəkərlə təmin edilir. Yayılan xəbərlərin heç bir əsasının olmadığını bildiririk və bütün media mənsublarını belə bir həssas məqamda ajiotaja səbəb olmamağa çağırırıq”.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ