Sabunçuda LGBT üzvü xəstəxanada intihara cəhd etdi - VIDEO

Sabunçu xəstəxanasında pasiyent intihara cəhd edib.

“Qafqazinfo” məsələ barədə xəstəxana ilə əlaqə saxlayıb. 

Tibb müəssisəsindən saytımıza bildirilib ki, pasiyent prostat və babasil əməliyyatı olunmasını istəyib: 

“Lakin Sabunçu xəstəxanasında həmin əməliyyat keçirilmədiyindən o, göndərişlə Azərbaycan Tibbi Universitetinin müvafiq xəstəxanasına göndərilib. 

Göndəriş vaxtı bitdikdən sonra o, yenidən Sabunçu xəstəxanasına müraciət edərək məhz burada əməliyyat olunmasını istəyib. Nəticədə, həmin şəxs tibb işçilərinə xəsarət yetirərək intihar etməyə cəhd edib. Lakin onların köməyilə xilas edilib”.

Qeyd edək ki, intihara cəhd edən şəxs LGBT üzvü olub.

Hadisə ilə bağlı hüquq-mühafizə orqanlarına müraciət olunub.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ