Yerevan-Moskva reysində bomba həyəcanı

Naməlum şəxs Yerevan-Moskva reysini yerinə yetirən təyyarənin göyərtəsində partlayış təhlükəsi olması barədə məlumat verib.

Buta.media-nın xəbərinə görə, bu barədə TASS məlumat yayıb.

“Şeremetyevo hava limanının elektron poçtuna Yerevandan Moskvaya uçan təyyarənin göyərtəsində partlayış təhlükəsi ilə bağlı məktub daxil olub. Hazırda təyyarə havadadır, eniş edəndən sonra kinoloqlar tərəfindən yoxlanılacaq”, - deyə məlumatda bildirilir.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ