Gəncədə yeni doğulan körpəöldü

Gəncədə yeni doğulan körpə ölüb.

 
Buta.media
-nın qafqazinfo-ya istinadla verdiyi məlumata görə, hadisə Gəncə şəhər Regional Perinatal Mərkəzində baş verib. 
 
Şəhər sakini, 1997-ci il təvəllüdlü Zeynalova Azadə Novruz qızı dünən qız uşağı dünyaya gətirib. Bu gün səhər isə uşaq dünyasını dəyişib. Qadının yaxınları körpənin ölümündə həkimləri günahlandıraraq polisə şikayət ərizəsi ilə müraciət ediblər. Xəstəxanadan isə bildirilib ki, uşaq ölü doğulub.
 
Faktla bağlı araşdırma aparılır.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ