Azərbaycanlı tələbə Ukraynada girov götürülüb

Üç ildir Ukraynada təhsil alan azərbaycanlı tələbə Hüseyn Abdullayevin rus əsgərlər tərəfindən girov götürüldüyü iddia olunur.

Bu barədə “Qafqazinfo”ya Hüseyn Abdullayevin atası Amin Abdullayev məlumat verib. O bildirib ki, oğlu 3 ildir Mariupolda təhsil alır:

“Oğlum 2002-ci il təvəllüdlüdür. Orta təhsilini başa vurduqdan sonra Ukraynanın Mariupol Dövlət Universitetinə qəbul oldu. Srağagün Mariupoldan çıxıb Zaparojeyə getmək istəyəndə Rusiya ordusunun hərbçiləri onu saxlayıblar. Telefonuna zəng edəndə bir rus hərbçi götürdü, Hüseynin Ukrayna tərəfdən rus ordusuna qarşı döyüşdüyünü bildirdi. Bizə dedi ki, girovlar qarşılıqlı dəyişiləndə təhvil verəcəyik. Amma bizi oğlumla danışdırmadılar, çox narahatıq”.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ