“YouTube” videohostinqi Rusiyada gələn həftənin sonuna qədər, hətta bu gün də bloklana bilər.
Bu barədə RİA Novosti Roskomnadzor-a yaxın mənbəyə istinadən məlumat yayıb.
Agentliyin həmsöhbətinin sözlərinə görə, müvafiq qərar ötən həftə gözlənilirdi, lakin sonra İnstaqramın bloklanması səbəbindən onun təxirə salınması qərara alınıb.
Bundan əvvəl, martın 18-də Roskomnadzor “YouTube” administrasiyasını videohostinqdə “anti-Rusiya videoları”nın yayılmasına görə “terror xarakterli hərəkətlərdə” ittiham edib. Departament iddialara səbəb olan konkret videoların adını çəkməyib.
Ukraynada müharibə başlayandan bəri Rusiya hakimiyyəti artıq üç böyük xarici sosial şəbəkəni - Facebook, Twitter və Instagram-ı bloklayıb.