Sevgi, pul və bahalı həyat: Qadınların sevimlisi onlardan milyonları necə çıxarırdı? - FOTO

Netflix-də ekran üzü görən “Tinder fırıldaqçısı” filmi qısa müddətdə populyarlıq qazandı. Ekran əsəri platforma tarixində həftəlik reytinqə başçılıq edən ilk sənədli film oldu. Qadınları barmağına dolayan və onlardan böyük məbləğdə pullar alan saxta milyonçu Saymon Levayevə həsr olunan filmə on milyonlarla insan baxdı.

Fırıldaqçı bahalı həyat yaşamaq üçün ideal sxemi necə qurmuşdu və niyə onun geniş miqyaslı afera sistemi çökdü?

“Bizə həyatımda heç vaxt dadmadığım şampanla kürü gətirdilər”

Norveçdə kiçik şəhərdən Londona köçən Sesil Fellhoy Tinder-də kişilərin fotolarını səhifələyərkən diqqətini milyarderin oğlu Saymon Levayev çəkib. Saymonun sosial şəbəkə hesabı şənliklər, şəxsi təyyarələr, bahalı superkarlar və dəb evlərinin kostyumları dolu idi, iş yeri qrafasında isə LLD Diamonds iri brilyant istehsalçısı şirkəti qeyd olunmuşdu.

Fellhoy Levayevə sosial şəbəkədə “jest” göndərib, sonuncu isə onun marağına dərhal reaksiya verib. Levayev tezliklə danışığı WhatsApp-da davam etdirməyi təklif edib, orada cütlük görüşməyə razılaşıblar. İlk görüşdə “brilyant şahzadə” qızın ürəyini tamamilə ələ alıb. Bahalı geyimdə olan Levayev əvvəlcə restoranda şam yeməyi təşkil edib, sonra isə Fellhoya onunla birlikdə Bolqarıstana uçmağa dəvət edib. Sesil razılaşıb: onun sözlərinə görə, yeni tanışı ilə qısa müddətdə emosional yaxınlıq hiss edib.

Sən xoşagələn şokda olursan, çünki heç vaxt belə təkliflər almamısan. Uçuş zamanı bizə heç vaxt dadına baxmadığım şampanla kürü gətirdilər. İlk dəfə idi ki, mühafizəçisi Piter və şəxsi köməkçisi ilə səyahət edən adam görürdüm.

Sesil Fellhoy 

Baxmayaraq ki, səyahət zamanı cütlüyü Levayevin keçmiş sevgilisi və iki yaşlı övladı müşayiət edirdi, Fellhoy xarizmatik Saymona vurulub.

Sofiyada hotel nömrəsində norveçli qadın ilk dəfə Levayevin kürəyindəki çapıqları görüb. Onun sualına isə biznesmen dostlarının satqınlığından sonra Cənubi Afrikada bir neçə ay həbsxanada qalmasından danışıb. Günahsız olduğu təqdirdə yəhudi köklərinə görə mütəmadi olaraq işgəncələrə məruz qaldığını bildirib.

O, sənin xilas etmək istədiyin kişilər tipinə aiddir. Xüsusən də, onların üzərində belə məsuliyyət olduğu halda. Bütün komanda ona arxalanırdı.

Sesil Fellhoy 

Bolqarıstanda gecədən sonra Sesil Londona qayıdıb, Saymon isə işgüzar səfərini davam etdirib. Onların münasibətləri isə məsafədə belə inkişaf edirdi. Levayev Sesilə çoxlu komplimentlər deyirdi, hətta onu gələcək övladlarının anası kimi gördüyünü bildirirdi. Saymondan aldığı buketləri Sesil heç kimdən heç vaxt almamışdı. 

Qız etiraf edir ki, həyatında ilk dəfə belə gözəl davranış görürdü, və əmin idi ki, böyük sevgi barədə uşaqlıq arzusu reallaşıb. Gənclər cəmi üç dəfə Londonda və Osloda görüşüblər, lakin Sesil milyarderin rəsmi həyat yoldaşı olmağa razılaşmışdı. 

Hər şey isə Levayevin gözlənilmədən problemlərinin başlamasından sonra dəyişdi. Biznesmen sevgilisinə etiraf edib ki, onun həyatı 70 milyonluq sazişə görə təhlükədədir. Saymon ona göndərilən əklillərin, güllə və təhdidlərlə dolu məktubları Sesila yollayırdı. Onun sözlərinə görə, naməlum şəxslər hətta Təl-Əvivdəki evinə basqın ediblər. 

Gecə yarısı Saymon mənə qan içində olan mühafizəçisinin şəklini göndərərək onlara hücum olduğunu bildirmişdi. Bundan sonra o, bank kartlarından istəfadəni dayandırdı ki, düşmənləri onun izləyə bilməsinlər. Bu zaman o, məndən öz adıma American Express kredit kartını açmağa xahiş etdi.

Sesil Fellhoy 

Günlərin birində Levayev Fellhoydan Amsterdama nağd şəkildə 25 min dollar gətirməyi istəyib. Qorxuya düşən qız sevgilisini pis vəziyyətdə qoya bilməyib və böyük faizlə məbləği götürüb görüş yerinə çatdırıb. Pulları alan Saymon isə yoxa çıxıb: gözlənilmədən məlum olub ki, ona naməlum şəxslər hücum etməyə hazırlaşırlar.

“Özünü qoru, mən bunu əsl satqınlıq kimi qiymətləndirirəm”

Pernilla Syoholm anası ilə birgə Stokholmda yaşayırdı və şəxsi evi üçün pul yığırdı. Qız Tinder-də fəal istifadəçi idi və elə burada milyarder Saymon Levayevlə tanış olub. Yazışmadan sonra hər iki tərəf oflayn görüşməyə razılaşıb və bunun üçün Saymon qıza Amsterdama təyyarə reysinə bilet göndərib.

Görüş zamanı cütlük arasında romantik cəlbetmə baş verməyib, lakin Levayev qızı öz intellekti ilə məftun edib. Nəticədə onlar arasında möhkəm dostluq yaranıb, və Syoholmun həyatı Saymon və onun yeni sevgilisi rusiyalı model Polina ilə birgə möhtəşəm səyahətlərlə dəyişib. 

Lakin bu səyahətlərə sponsorun gözlənilməz çətinlikləri son qoyub. İş adamı birdən-birə rəqiblərindən təhdid məktubları almağa başlayıb. Hər şey həmin “düşmənlərin” hücumundan sonra Levayevin bank kartlarından istifadə edə bilməməsi ilə yekunlaşıb. 

Dostunun həyatının təhlükədə olmasından qorxan Pernilla ona bacardığı köməyi edib. Ümumilikdə o, Saymona 40 min dollar göndərib və “düşmənlərindən” gizlənmək üçün bir neçə reysə bilet alıb.

***

Bütün bu vaxtı Sesil Fellhoy təmkinlə sevgilisini gözləyirdi, o isə, öz növbəsində, norveçli qadının kredit götürdüyü pulları almaqda davam edirdi. Fellhoy daima emosional gərginlik içində idi: Levayevin həyatı ilə yanaşı, o öz həyatının təhlükədə olmasından qorxmağa başlamışdı.

Ümumilikdə Fellhoy 250 min dollar kredit götürmüşdü. 

Günlərin birində norveçlinin səbri tükənib və o, Levayevdən 500 min dollarlıq çek və Amsterdamda şəxsi görüşə nail olub. Görüş zamanı Saymon gözlənilmədən səbirsiz və qıcıqlandırıcı olmuşdu.

“O, mənə artıq maraq göstərmirdi. Hətta seks əvvəlki kimi deyildi. Gecə sevgi baş tutmadı”, - Fellhoy etiraf edib.

Londona qayıdanda Sesil çeki nağdlaşdırmaq istəyib, lakin bank işçiləri səbəbini izah etmədən ona imtina cavabı veriblər. Qız Saymondan həqiqəti öyrənmək istəyəndə, sonuncu ona bütün pulları qaytardığını və iddiaların mahiyyətini başa düşmədiyini deyib.

Sevgilisinin yalan danışmasından şübhələnən Fellhoy onu sosial şəbəkədə bloka atıb və banka işçilərinə baş verənləri danışıb. Maraqlıdır ki, bankda artıq kimdən söhbət getdiyini bilirdilər. Sonradan məlum olub ki, milyarder oğlunun Sesilə yazdığı çek saxta olub.

Bilmirəm niyə məni bütün sosial şəbəkələrdə bloka atmısan, lakin mən bunu əsl satqınlıq kimi qiymətləndirirəm. Özünü qoru. Hər bir hərəkətin öz nəticələri var.

Saymon Levayev Sesillə söhbət zamanı

Keçmiş sevgilisindən birbaşa təhdidlər almasına baxmayaraq, polis bu işdən imtina edib. Bundan sonra Sesil VG (Verdens Gang) nəşrinin jurnalistlərinə müraciət edib. Redaksiya öz araşdırmasını aparıb və məlum olub ki, Saymon Levayevin əsl adı Şimon Hayutdur.

Alfons maskası arxasında

Qadınları başına oyun açan yaraşıqlı gənc İsrailin Bney-Brak şəhər sakini idi. Şimon Hayut 1990-cı ilin sentyabrında varlı ailədə doğulub: atası Yohanan Hayut “El Al Airlines” şirkətində baş ravvin işləyirdi. Bununla belə gənc daha çox sərvət əldə etməyə çalışırdı, baxmayaraq ki, onun hərəkətləri qanuna zidd idi. 15 yaşında Hayut dostunun ailəsi ilə birgə Nyu-Yorka köçmüşdü və burada ilk kiçik maxinasiyanı həyata keçirmişdi. Sonradan onun dostları Hayutu kredit kartından sui-istifadə etməkdə ittiham etmişdilər. Yeni yerində möhkəmlənə bilməyən Hayut İsrailə qayıtmışdı.

Vətənə qayıtdıqdan sonra Hayutu çekləri saxtalaşdırdığına görə axtarışa verdilər. Hökumət onu 2008-ci ildə tanışlarından 82 min dollarlıq çek kitabçasını oğurlamaqda ittiham edirdi. Həbs cəzasından qaçmaq üçün israilli miqrant kimi Finlandiyaya keçməyə məcbur olmuşdu.

Hayutun cinayətləri onun ailəsinin nüfuzuna xələl gətirdiyinə görə qohumları onunla əlaqələri kəsmişdilər. Hayutun bacısı jurnalistlərə açıqlamasında bildirib ki, bütün qohumlar ondan üz döndəriblər, çünki “o artıq əvvəlki Hayut deyildi”.  Hayut  isə bu zaman yeni qazanc növünü fikirləşmişdi – qadınları necə tələyə salıb pullarını almaq.

Avropada olarkən, Hayut özünü Maykl Bilton kimi təqdim edərək, yeni tanışlarından böyük məbləğdə pul alır. Lakin zərərçəkmişlər gəncin fırıldağının üstünü tez açıblar, nəticədə Hayut 2015-c ildə həbs edilərək üç il müddətinə azadlıqdan məhrum olunur. Cəzasının iki ilini çəkdikdən sonra sərbəst buraxılan israilli gənc yeni həyata başlamaq üçün vətəninə qayıdır.

Lakin burada da dələduzu polis gözləyirdi – 2017-ci ildə hökumət ona qarşı yeni ittihamlar irəli sürərək həbs edir. Hayut növbəti dəfə cəzadan qaça bilir -  o, adını Saymon Levayevə dəyişərək saxta sənədlərlə Avropaya qayıdır. 

Yeni tanışlarına Şimon Hayut özünü “Brilyant kralı” kimi tanınan Lev Levayevin qohumu kimi təqdim edir. Daşkənddə Buxara yəhudilərinin ailəsində doğulan milyarder almaz şlifləyicisi vəzifəsindən LLD Diamonds brilyant istehsalçısı şirkətinin sahibinə qədər qalxmışdı. 2018-ci ildən Levayev ailəsi ilə birgə Rusiyada yaşayır.

1 milyard dollar
Forbes nəşrinə əsasən Lev Levayevin sərvəti

Lev Levayev özü bəyanat verərək bildirir ki, Şimon Hayut onun nə oğlu, nə də qohumu deyil. Əslində 65 yaşlı biznesmen uzun müddətdir evlidir və doqquz uşağı var. Lakin Lev Levayevin ailəsi ilə bağlı məlumatları gizlətdiyindən, Hayut uzun müddət onun qohumu kimi özünü təqdim edə bilib. Hayut Tinder-də Saymon Levayev adı altında hesab açaraq ona bahalı həyat yaşamağı təmin edə biləcək qızları axtarmağa başlayıb.

“Polisin üstünü aça bilməyəcəyi ideal sxem”

Sesil Fellhoy kimi, Pernilla Syolhomu da zəngin Saymonun mütəmadi pul istəkləri qorxutmağa başladı. Bundan əlavə, qadın dələduzun verdiyi çeki nağdlaşdıra bilməyib. Bu zaman onunla VG nəşrinin jurnalistləri əlaqə qurub, və bütün həqiqəti danışıblar.

Syolholm dərhal qisas almaq qərarına gəlib. “Bilet üçün bir tanışının, şam yeməyi üçün digərinin kredit kartından istifadə etmək”, - VG redaktorları aferanı izah ediblər. Onlar Pernillaya Levayevin izinə düşməkdə və onun şəkillərini əldə etməkdə kömək ediblər.

Lakin Saymon və özünü onun biznes-partnyoru kimi təqdim edən Avişay fotoqrafı görürlər və mənə tez maşına əyləşməyi deyirlər. Bəxtim gətirdi ki, o məndən şübhələnmədi. Bundan sonra jurnalistlərin iştirakı ilə mən ona zəng edərək düzünü danışmağını istədim, lakin Levayev inkar etdi və məni hədələdi.

Pernilla Syolholm

Mətbuatda material dərc olunandan sonra Pernilla Syolholm və Sesil Fellhoy Şimon Hayutla mübarizədə birləşiblər, digər qurbanlar isə onlara Saymonla münasibətlərinin hekayələrini göndərməyə başlayıblar. Baxmayaraq ki, dələduz dünyanın səkkiz ölkəsində axtarışa verilmişdi, o feyk adla bahalı həyat yaşamağa davam edirdi.

“Mən onun qıvrılmasından həzz alırdım”

Levayevin növbəti sevgilisi Aylin Şarlott deyir ki, onunla bir ildən çox müddət ərzində görüşüb. Aylin əmin idi ki, onların münasibətləri ciddidir və tezliklə ailə həyatı quracaqlar. Şarlott aldadıldığını VG jurnalındakı məqaləyə rast gəldikdən sonra başa düşüb. Telefon söhbəti zamanı Saymon hər şeyi inkar edərək özünün dələduzların qurbanı odluğunu deyib. Lakin qadın üçün artıq hər şey məlum idi: öz vaxtında o da Levayevə kömək lazım olanda böyük vəsaitlər xərcləyib. Şarlott digər aldadılmış qadınlarla birləşərək qisas planı hazırlayıb.

O, çox qayğıkeş, nəzakətli və səxavətli idi. Məlum olub ki, mənimlə paralel o, Sesillə görüşürdü və digər qızlarla, eləcə də, Pernilla ilə yazışırdı. Onun mənimlə belə rəftar etməsindən şokda idim. Özünə pul lazım olanda hətta mənə evi və maşını satmağı təklif edirdi. Naməlum şəxslər isə onun günahından məni döymüşdülər.

Aylin Şarlott

Şarlott moda sənayesində işləyirdi və başa düşürdü ki, Levayev Gucci, Dolce Gabbana, Versace, Louis Vuitton, Burberry və digər dəb evlərinin paltarları, aksessuarları və ayaqqabılarına on minlərlə dollar xərcləyir. Bu zaman qız, Saymona bir neçə əşyanı satmağı təklif edib, əldə olunan pullarla isə borclarının bir hissəsini ödəyib.

Qadın sevgilisindən paltarı götürmək üçün Praqaya yollanıb. Saymon onu qarşılayanda  xarici görünüşünü dəyişmək istədiyini deyib və bunun üçün plastik cərrahın yanına getməli olduğunu söyləyib. Lakin cərrah imtina edib, belə ki, onun sözlərinə görə, üzləri ilə bu cür əməliyyatları yalnız cinayətkarlar edirlər.

Sonda Şarlott Saymonun bütün qarderobunu satıb, lakin pulları ona verməyib. 
“Mən onun şəxsiyyətinin bütün saxta tərəfini gördüm. O, mənə üzrxahlıqla birgə təhdidlər göndərirdi, lakin mən “juliki” iqnor edirdim. Onun qıvrılmasından həzz alırdım. Onun pulu qalmamışdı və mənə yalvarırdı”, - Şarlottt danışır.

Aylinin sözlərinə görə, Saymon şikayət edirdi ki, hosteldə qalmağa və fud-kort yeməyə məcburdur. Yazışmaların birində Levayev Yunanıstana gedəcəyini deyib və bundan sonra əlaqəyə çıxmayıb. Aylin isə polisə müraciət edərək Praqadan Afinaya reysin nömrəsini və dələduzun saxta adını - Devid Şüeron - təqdim edib. Yunanıstan hüquq-mühafizə orqanları Levayevi hava limanında saxlayıblar.

“Hər hərəkətin öz nəticəsi var”

2019-cu ildə Hayut İsraildə törətdiyi cinayətlərə görə ittiham olunaraq 15 ay müddətinə azadlıqdan məhrum edilib. Lakin özünü yaxşı apardığı üçün o, beş aydan sonra azadlığa çıxıb, Instagram-da hesab açıb və 200 mindən çox izləyici toplayıb. Netflix-də film çıxandan sonra dələduz öz həqiqətini danışacağını bildirib və hesabını silib.

Levayevin saxta biznes-partnyoru Avişay və mühafizəçisi Piterə qarşı heç bir ittiham irəli sürülməyib.

Sənədli filmə əsasən, ümumilikdə qadınlardan 10 milyon dollara yaxın vəsaiti mənimsəyən Şimon Hayut hazırda İsraildə yaşayır, heç bir maliyyə çətinliyi yoxdur və modellə görüşür. Filmdə çəkilən qadınlar borclarını ödəməkdə davam edirlər, polis onların Hayuta qarşı iddialarını təmin etməyib.

Saymon Levayevin həbsi, Yunanıstan 2019-cu il
Foto: Tore Kristiansen / VG / EPA 

Hayut özü Netflix-in filmində çəkilməkdən imtina edib və bildirib ki, “yalan ittihamlarla çəkilən sənədli filmin yaradıcılarını məhkəməyə verəcək”. Məlumdur ki, azadlığa çıxandan sonar Saymon yenidən Tinder-ə qayıdıb, lakin rəhbərlik onun hesabını  tətbiqdən silməyə qərara alıb. 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ