Sumqayıtda mikroavtobus minik avtomobili ilə toqquşub: 16 yaralı - VİDEO

Sumqayıtda mikroavtobus və minik avtomobilinin toqquşması nəticəsində 16 nəfər yaralanıb.

Buta.media-nın APA-ya istinadən məlumatına görə, hadisə “Stansiya Sumqayıt” yaşayış massivinə gedən avtomobil yolunda qeydə alınıb.

Belə ki, “Hyundai” markalı mikroavtobus “Hyundai Santa Fe” minik avtomobili ilə toqquşub.

Qəza nəticəsində yaralılardan 9 nəfəri xəstəxanaya yerləşdirilib, 7 nəfərinə ambulator xidmət göstərilərək evə buraxılıb. Xəstəxanaya yerləşdirilənlərdən 3 nəfərin vəziyyəti ağırdır.

 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ