Ukrayna və Rusiya müharibənin dayandırılmasına ilə bağlı sənəd hazırlayırlar - Podolyak

Ukrayna və Rusiya müharibənin dayandırılması ilə bağlı sənədin imzalanmasına dair hazırlıqlara başlayıblar 

Buta.media-nın xəbərinə görə, bu barədə Ukrayna prezidentinin aparat rəhbərinin müşaviri Mixail Podolyak “Kommersant” nəşrinə müsahibəsində deyib.

Onun sözlərinə əsasən, Rusiya və Ukrayna arasında saziş “çoxkomponentli” olmalıdır.

“Sənəd özündə bir neçə mövqe ehtiva etməlidir. İlk növəbədə, müharibənin dayandırlması ilə bağlı mövqe. İkinci hissə - Rusiya ordusunun Ukrayna ərazisindən çıxarılmasının müddəti. Üçüncü hissə - sülh sazişi və bunun necə icra ediləcəyi. Və burada biz Ukraynanın təhlükəsizlik təminatları məsələsinə qayıdırıq ki, bir daha belə vəziyyət baş verməsin”, - Podolyak deyib.

O həmçinin bildirib ki, sazişin daha bir müddəasi müharibə nəticəsində Ukrayna infrasturkturan dəyən ziyanın bərpa edilməsidir. Ukrayna tərəfi Rusiyadan buna görə təzminat ödənilməsini gözləyir.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ