Ukraynda azərbaycanlı milyonçunu saxlanıldı

Ukrayna Təhlükəsizlik Xidməti (SBU) Azərbaycan əsilli, ukraynalı iş adamı Vaqif Əliyevi saxlayıb.

Bu barədə UNİAN Ali Radanın deputatı Aleksandr Dublinskiyə istinadən xəbər yayıb.

Bildirilib ki, SBU-nun xüsusi dəstəsi naməlum səbəblərə görə iş adamı Vaqif Əliyevi Ukraynanın qərbindəki Zakarpat vilayətində saxlayıb. Saxlanılmanın səbəbi açıqlanmayıb.

Xəbərdə qeyd olunur ki, o, ukraynalı iş adamı Dmitri Firtaşın şəriki, həmçinin “Müxalifət Platforması - “Həyat naminə” partiyası Vadim Stoların deputatı sayılır.

Həmçinin əlavə olunub ki, Vaqif Əliyevin Rusiya pasportu ola bilər.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ