İtaliyanın Maliyyə Qvardiyası sanksiyalara məruz qalan rusiyalı iş adamı Andrey Melniçenkoya məxsus “A” yaxtasını həbs edib. Bu barədə RİA Novosti İtaliya hüquq-mühafizə orqanlarındakı mənbələrə istinadən məlumat yayıb.
Söhbət uzunluğu 143 metr, dəyəri təxminən 530 milyon avro olan üç dirəkli “A” yaxtasından gedir. Həbs edilən zaman gəmi Trieste limanında olub.