Kiyevin Vasilkov vilayətində avizərbələrdən sonra neft anbarında yanğın başlayıb.
Buta.media-nın xəbərinə görə, bu barədə Kiyev vilayətinin dövlət administrasiyasının rəhbəri Aleksey Kuleba öz Telegram kanalında məlumat verib.
“İşğalçılar ötən gecə Vasilkovda neft anbarına zərbələr endiriblər”, - deyə o bildirib.
Qeyd olunur ki, Kryaçki kəndində yerləşən neft anbarında yanğın aviazərbədən sonra başlayıb. Hərbi aerodrom yerləşdiyi əraziyə ən azı altı raket buraxılıb.