Rüstəm İbrahimbəyov vəfat edib

Xalq yazıçısı, Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri, kinorejissor Rüstəm İbrahimbəyov 83 yaşında vəfat edib.

Bu barədə Buta.media-ya Kinematoqrafçılar İttifaqından məlumat verilib.

“Kinorejissor uzun sürən xəstəlikdən sonra vəfat edib. Dəfn vaxtı və məkanı barədə əlavə məlumat veriləcək”, - deyə məlumatda bildirilir.

Qeyd edək ki, R.İbrahimbəyov 1939-cu il fevralın 5-də Bakıda anadan olub. 

Onun əsərləri əsasında 40-dan çox bədii film, televiziya filmləri və tamaşaları çəkilib. 1989-cu ildə əsası qoyulan “İbrus” (İB- İbrahimbəyov, RUS-Rüstəm) şirkətinin və eyni adlı teatrın təsisçisidir. 1962-ci ildən yazıçılıqla məşğul olub. 15 pyesi dünyanın 100 dən çox ölkə teatrlarından tamaşaya qoyulub. R.İbrahimbəyovla Nikita Mixalkovun müştərək filmi olan “Sibir bərbəri” 1998-ci ildə Avropanın ən böyük büdcəli filmi sayılıb.

1999-cu ildə onun Sergey Bodrovla birgə ssenarisini yazdığı fransız direktivi Régis Wargnier olan “Şərq-Qərb” filmi ən yaxşı xarici film nominasiyasında “Oskar” mükafatına namizədlərdən biri olub.

Onun ssenarisi əsasında çəkilmiş “Səhranın bəyaz günəşi” filmi bir vaxtlar keçmiş SSRİ-də ən çox baxılan film olub.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ