Gürcüstanda qida panikası: Piştaxtalar boş qalıb - VİDEO

Son günlər Ukraynada baş verən hadisələrə görə bu ərzaq məhsullarının satışdan çıxa biləcəyindən ehtiyatlanan Gürcüstan sakinləri hər yerdən şəkər, duz, un və dənli məhsullar alırlar.

Məlumata görə, buna ilkin səbəb kimi “Facebook” sosial şəbəkəsində mağazalardakı boş piştaxtaların fotolarının əks olunduğu, qalan vətəndaşları narahat edən və onlar təcili ərzaq almağa tələsən paylaşımlar olub. Nəticədə qənd bir neçə gün ərzində piştaxtalardan yoxa çıxıb, unun və bir sıra digər ərzaq məhsullarının qiyməti kəskin bahalaşıb.

Gürcüstan hakimiyyəti bildirib ki, bəzi məhsullara tələbatın kəskin artması səbəbindən distribyutor xidmətlərinin sadəcə olaraq yeni tədarüklər etməyə vaxtı olmayıb, ona görə də ölkə hələ ki, qıtlıqla hədələnmir. Lakin bazarda yaranmış qıtlıq səbəbindən bəzi məhsulların qiyməti artıq xeyli bahalaşıb.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ