Ukraynadan olan qaçqınların sayı 2,5 milyona çatıb

Ukraynadan olan qaçqınların sayı faciəvi şəkildə bu gün 2,5 milyona çatıb.

Bu barədə cümə günü BMT-nin Qaçqınlar üzrə Ali Komissarı Filippo Qrand öz Twitter hesabında məlumat verib.

"Biz həmçinin təxmin edirik ki, iki milyona yaxın insan Ukrayna daxilində didərgin düşüb.

Bu mənasız müharibə nəticəsində milyonlarla insan evlərini tərk etmək məcburiyyətində qalıb".

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ