Baydendən Rusiyaya qarşı daha bir qadağa

Reuters və CNN Baydenin Rusiyanı ABŞ-la ticarətdə üstünlüklərdən məhrum etmək planları haqqında məlumat yayıb.

ABŞ prezidenti bunu martın 11-də açıqlayacaq. Söhbət “daimi normal ticarət əlaqələri” adlanan rejimin ləğvindən gedir ki, bu da Rusiyadan idxala tariflərin artırılmasına səbəb olacaq.

Rejimə son qoymaq üçün ABŞ Konqresinin qərarı tələb olunur, lakin Demokratik və Respublikaçı partiyaların nümayəndələri artıq bu addımı atmağa razılaşıblar, mənbələr Reuters agentliyinə bildiriblər

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ