ABŞ Rusiya neftindən imtina edir

Birləşmiş Ştatlar Rusiya neftinin ixracına qadağanı dəstəkləməyə qərar verib.

Buta.media-nın xəbərinə görə, bu barədə Bloomberg öz mənbələrinə istinadən xəbər yayıb.

Məlumata əsasən, Ağ Ev martın 8-də rəsmi bəyanatla çıxış edəcək.

“ABŞ artıq bu gün Rusiya neftinin ixracına qadağa qoymaq niyyətindədir. Avropalı müttəfiqlər qoşulmayacaqlar, lakin qərar onlarla məsləhətləşmələrdən sonra qəbul edilib”, - agentliyin jurnalisti Ennmari Hordern yazıb.

Bundan əvvəl isə Britaniyanın BP (British Petroleum) şirkəti Rusiya neft və qazının alınmasına dair yeni sazişlərin bağlamayacağı barədə bəyanat yayıb.

Shell konserninin rəhbərliyi də Rusiya ilə bütün neft-qaz layihələri bağlı əməkdaşlığı dayandırıb.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ