Rusiyanın bank kartları ancaq bu ölkələrdə qəbul ediləcək - SİYAHI

Xəbər verdiyimiz kimi, “Visa” və “Mastercard” Rusiyada fəaliyyətini dayandırıb.

Buta.media-nın Qafqazinfo-ya istinadən məlumatına görə, sanksiyaya məruz qalan Rusiya Mərkəzi Bankı bundan sonra ölkə vətəndaşlarına xaricə nağd pul aparmağı tövsiyə edib.

Mərkəzi Bankın yaydığı məlumata görə, yerli sistemin kartları yalnız 7 ölkədə qəbul olunacaq: 

“Rusiya bankları tərəfindən buraxılmış bütün “Visa” və “Mastercard” beynəlxalq ödəniş sistemləri kartları Rusiyada müddəti bitənə qədər adi qaydada fəaliyyətini davam etdirəcək. Onlar üzrə əməliyyatlar ölkə daxilində Milli Ödəniş Kartı Sistemində həyata keçirilir və sanksiyalar onlara təsir göstərmir. Xaricə səfər zamanı nağd pul və “Mir” kartını qəbul edildiyi ölkələr üçün özünüzlə götürmək tövsiyə olunur. Bu gün bunlar Türkiyə, Vyetnam, Ermənistan, Belarus, Qazaxıstan, Qırğızıstan və Tacikistandır”.

Siyahıya qondarma Cənubi Osetiya və Abxaziyada da əlavə edilib.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ