Laçında Azərbaycan Ordusunun iki əsgəri itkin düşüb

Laçın rayonu ərazisində yerləşən bir döyüş mövqeyindən digərinə hərəkət edən Azərbaycan Ordusunun müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları - əsgər Məmmədov Fərid Əjdər oğlu və əsgər Abdullayev Firdovsi Mais oğlu hava şəraitinin qəfil dəyişməsi və çovğun səbəbindən istiqaməti itirərək azıblar.

Bu barədə Buta.media-ya Müdafiə Nazirliyindən məlumat verilib.

Hərbi qulluqçularımızın tapılması məqsədilə yüksək dağlıq və çətin relyefli ərazidə hava şəraitinin əlverişsiz olmasına baxmayaraq dərhal axtarış tədbirlərinə başlanılıb. 

Axtarış-xilasetmə tədbirlərinin nəticələri barədə əlavə məlumat veriləcək.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ